SON XƏBƏRLƏR

Ermənistanın baş naziri istefa verməyəcəyini bəyan edib

2023.09.21, 10:34
Ermənistanın baş naziri istefa verməyəcəyini bəyan edib

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarına istefaya getməyəcəyini bildirib. Bu barədə "Hraparak" qəzeti yazıb.

Gunaz.tv

Nəşr qeyd edib ki, Paşinyan ötən gecə hökumət binası yaxınlığında etiraz aksiyaları fonunda tərəfdaşları ilə görüşüb,  onlara istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun,  hakimiyyəti saxlayacağını bəyan edib.

Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.

Xatırladaq ki, sentyabrın 19-da İrəvanda kütləvi etirazlar aksiyaları başlayıb. Etirazçılar Ermənistan hökumət başçısını dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edirlər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar