SON XƏBƏRLƏR

Zəncanda cümə imamı öldürüldü

2023.09.21, 14:09
Zəncanda cümə imamı öldürüldü

Sentyabrın 20-də Zəncan əyalətinin Sücas şəhərinin cümə imamı Höccət Etibar naməlum şəxs tərəfindən məsciddə güllələnərək öldürülüb.

Gunaz.tv

Həmçinin, Qeydar şəhərinin “İmam Sadiq” dini məktəbinin müdiri olan mollaya 5 güllə vurulduğu bildirilib.

Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb.

O, bir müddət əvvəl molla və cümə imamlarına təhlükə və hücumların artdığını söyləyib.

Fəllahiyan bunun qarşısının alınması üçün onları döyüş sənətlərini, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar