SON XƏBƏRLƏR

Təbrizdə gənclərin geyim tərzinə müdaxilə edən hökumət mollası ağır döyüldü

2023.09.22, 15:53
Təbrizdə gənclərin geyim tərzinə müdaxilə edən hökumət mollası ağır döyüldü

Təbrizin Danişsəra küçəsində gənclərin geyim tərzinə müdaxilə edən molla ağır döyülüb.

Gunaz.tv

Hökumət mediası Həsən Xudadadə adlı mollanın iki naməlum gənc tərəfindən döyüldüyünü, iki əli və baş nahiyəsindən bıçaqlandığı üçün xəstəxanaya köçürüldüyünü yazıb.

Yerli şahidlər hadisənin mollanın gənclərin geyim tərzinə görə onları təhqir və təhdid etməsindən sonra baş verdiyini bildiriblər.

Hadisə yerindən uzaqlaşan gənclərin saxlanılması üçün geniş axtarış tədbirlərinin başladıldığı qeyd edilib.

Xüsusən son vaxtlar gənclərin və qadınların geyim tərzinə müdaxilə edən hökumət molalarının döyülmə halları artıb.

Onlardan bir neçəsinin öldürülməsi başqa mollaların qorxusuna səbəb olub, hakimiyyətdən onların təhlükəsizliyinin təmini üçün əlavə tədbirlərin görülməsini tələb ediblər.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar