SON XƏBƏRLƏR

Birbaşa atəş açılması ilə azı 138 nəfərin göz xəsarəti aldığı müəyyən edilib

2023.09.23, 13:28
Birbaşa atəş açılması ilə azı 138 nəfərin göz xəsarəti aldığı müəyyən edilib

İranın İnsan Haqları Təşkilatı hakimiyyətə qarşı ötən ildən başlanmış etirazlarda hökümətin məmurlarının birbaşa atəş açmaları ilə azı 138 nəfərin göz xəsarəti aldığını bildirib.

Gunaz.tv

Təşkilat öz hesabatında bildirib ki, rejimin basqı qüvvələri etirazlarda iştirak edən qadınların üzünə və gözlərinə “planlaşdırılmış və məqsədli” olaraq qəsdən atəş açıblar.

Sentyabrın 22-də nəşr edilmiş hesabata əsasən ötən ilin sentyabrından başlamış etirazlarda öldürülmüş etirazçılar üzrə qadınların sayı 9 faiz təşkil edir. Həmçinin gözündən xəsarət almış qadınların 28 faiz olduğu müəyyən edilib.

Onlara metal və ya plastik saçma mərmiləri ilə atəş açılaraq 1 göz və bəzi hallarda 2 gözdən xəsarət alıblar. 

9 halda “Pintball” vurulmaqla, həmçinin 5 halda gözyaşardıcı mərmilərin üzə birbaşa dəyməsi ilə etirazlarda iştirak etmiş qadınlara göz xəsarəti törədilib.

Gözündən xəsarət almış bir şəxsin də gözü hökumət məmurlarının beşbarmaqla döymələri ilə kor olub. 

İnsan haqları qurumu həmçinin bildirib ki, xəsarət almış şəxslər bəzi hallarda “xəsarət yetirən şəxsi” təyin edə bilib. 

Ona görə də onlar barədə məlumatın BMT-nin Gerçəkliyi Ayırdetmə Komitəsinə göndəriləcəyini bildirib. 

Qadınların üzünə birbaşa atəş açılması həmçinin canlı şahidlərin ifadələri, habelə onlar barədə müxtəlif xəstəxanalar və göz klinikalarında etibarlı tibbi sənədlər vasitə ilə də təsdiq olunur.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar