SON XƏBƏRLƏR

Qərbi Azərbaycan valisi: "Urmu gölünün bərpası üçün Türkiyə ilə əməkdaşlığa hazırıq"

2023.09.27, 16:03
Qərbi Azərbaycan valisi: "Urmu gölünün bərpası üçün Türkiyə ilə əməkdaşlığa hazırıq"

Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmediyan deyib ki, Urmu gölünün vəziyyətinin yaxşılaşdırılması üçün Türkiyə ilə əməkdaşlıq etməyə hazırdırlar.

Gunaz.tv

O, bu barədə İran və Türkiyə sərhəd bölgələri arasında iqtisadi əməkdaşlığın altıncı iclasında çıxışı zamanı deyib.

Vali  Urmu gölünün bərpası üçün Türkiyə ilə elmi və icraedici əməkdaşlığı ekoloji problemin dərinləşməsi səbəbindən təklif etdiklərini bildirib. 

Bundan əvvəl İran rəsmiləri ekoloji problemin həlli ilə bağlı bir neçə ölkənin təıklifini rədd edib.

Məhəmməd Sadiq Mötəmedian avqustun sonlarında bəndlərdən Urmu gölünə su buraxılmayacağını demişdi.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji su həcmi isə 15,5 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Hazırda Urmu gölünün sahəsi təxminən 500 kvadrat kilometrə qədər kiçilib, su həcmi isə 600 milyon kubmetrdən azdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar