SON XƏBƏRLƏR

Qarabağın erməni sakinləri üçün 30 iritutumlu avtobus Xankəndiyə yola salınıb

2023.09.28, 16:08
Qarabağın erməni sakinləri üçün 30 iritutumlu avtobus Xankəndiyə yola salınıb

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair Azərbaycana müraciət ediblər.

Gunaz.tv

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.

Müraciətə müsbət cavab verilib,  sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar