SON XƏBƏRLƏR

Ərdəbildə məhbus fəalların fotoları yayılıb

2023.09.28, 16:30
Ərdəbildə məhbus fəalların fotoları yayılıb

Ərdəbil şəhərinin müxtəlif bölgələrində həbs edilən milli fəalların posterləri yayılıb.

Gunaz.tv

Divarlara yapışdırılan posterlərdə "Azadlıq, Ədalət, Milli hökumət!", "Göyərçinlərin varlığına dözə bilməyənlər qartalların caynağında qalacaqlar", "Bilərək haqq yeyənlərdən dilənərək haqq almaq olmaz" şüarları yazılıb, qondarma ittihamlarla həbs edilən fəalların azadlığı tələb edilib.

Onların hüquqlarının müdafiəsi, azərbaycanlıların və hüquq müdafiəçilərinin diqqətini cəlb etmək üçün oxşar aksiyaların keçiriləcəyi bildirilib.

Qeyd edək ki, son ay ərzində Güney Azərbaycanın Təbriz, Qoşaçay, Ərdəbil, Urmiya, Binab və başqa bir neçə şəhərində çox sayda fəal həbs edilib.

Fəalların bəzilərinə qarşı saxta ittihamlar irəli sürülüb, uzunmüddətli həbslərinə zəmin yaradılır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar