SON XƏBƏRLƏR

Güneyli siyasi məhbusun Nobel sülh Mükafatına namizədliyi verildi

2023.09.30, 12:56
Güneyli siyasi məhbusun Nobel sülh Mükafatına namizədliyi verildi

İranda həbsdə olan azərbaycanlı siyasi fəal və qadın hüquqları müdafiəçisi Nərgiz Məhəmmədinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Gunaz.tv

Bu barədə Oslo Sülh Araşdırmaları İnstitutunun rəhbəri Henrik Ordahl məlumat yayıb.

Bununla yanaşı Nərgiz Məhəmmədinin həbsxanada yazdığı və qadın məhbuslara qarşı işgəncələri təsvir edən "Şekənceye sefid" (Ağ işgəncə) kitabının İsveçdə yüksək tirajla nəşr ediləcəyi bildirilib.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar