SON XƏBƏRLƏR

İrandan gətirilən 24 kq narkotik aşkarlanıb, 7 nəfər tutulub

2023.10.02, 14:08
İrandan gətirilən 24 kq narkotik aşkarlanıb, 7 nəfər tutulub

Nərimanov rayonunda keçirilən əməliyyatlar zamanı ölkəyə 24 kiloqram narkotik vasitə gətirən 7 nəfər tutulub. Bu barədə DİN məlumat yayıb.

Gunaz.tv

Məlumata görə, İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha 7 nəfər  Həsən Hacızadə, Emil Əliyev,  Rüfət Mehdiyev,  Nəriman Səfərov,  Hamayıl Abdullayeva, Vüqar Həsənov və Yusif Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Onlardan 24 kiloqram, o cümlədən güclü təsirə malik 9 kiloqram heroin, 3 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 12 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 800 ədəd "metadon" həbi və elektron tərəzilər aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, saxlanılanlar "Səid" və “Abbas” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotik vasitələri  satmaq məqsədilə əldə ediblər. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar