SON XƏBƏRLƏR

"300 min azərbaycanlı Aİ-nin bəşəriyyətə qarşı cinayətə görə sükutu pozacağını gözləyir"

2023.10.05, 10:24
"300 min azərbaycanlı Aİ-nin bəşəriyyətə qarşı cinayətə görə sükutu pozacağını gözləyir"

"Ermənistandan qovulmuş 300 min azərbaycanlı Avropa İttifaqının bəşəriyyətə qarşı törədilmiş cinayətlə bağlı qulaqbatırıcı sükutu pozacağını gözləyir". Bu fikirlər Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri VaqiBf Sadıqovun “X” hesabındakı paylaşımında yer alıb.

Gunaz.tv

Diplomat bildirib ki, 1990-cı illərin əvvəllərində yüzlərlə azərbaycanlı Ermənistandan qovularkən qətlə yetiriliblər: “Onlar beynəlxalq humanitar hüquqa uyğun olaraq BMT tərəfindən qaçqın icması kimi tanındılar.

30 il ədalətin bərqərar olmasını gözlədikdən sonra Aİ-dən evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaqlarını, pozulmuş insan hüquqlarının bərpasını, mədəni və dini irslərini qoruması üçün Ermənistana təzyiq göstərməsini tələb edirlər.

300 min insan 30 ildən sonra hələ də Aİ-nin bəşəriyyətə qarşı bu cinayətlə bağlı qulaqbatırıcı sükutu pozacağını gözləyir”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar