SON XƏBƏRLƏR

“iranlı qadın və qızların hüquqlarına sayğı ilə yanaşın.” - İnsan Haqları Şurası

2023.10.05, 12:42
“iranlı qadın və qızların hüquqlarına sayğı ilə yanaşın.” - İnsan Haqları Şurası

BMT-nin İnsan Haqları Şurası oktyabrın 4-də keçirdiyi 54-cü iclasında Kanadanın təşəbbüsü ilə İranın “İffət və Hicab” qanun layihəsini qınayaraq bəyanat yayıb. 

Gunaz.tv

Bəyanata 40 ölkə,  o cümlədən Amerika qatılıb. 

“Qərara alınmış qanun İran qadınlarına qarşı sistemli ayrı-seçkiliyi kəskinləşdirir və onların durumunu daha acınacaqlı edir.”-deyə bəyanatda qeyd olunub.

Şuraya üzv ölkələr “icbari hicabın” iranlı qadınların hüquqlarını pozur" deyərək qanunun yubatmadan ləğv olunmasını tələb ediblər. 

“İran parlamenti icbari geyim qanununa riayət etməyən qadın və qızlara qarşı cəzaları gücləndirib. Hakimiyyət qadınlara sərbəst səfər qadağası tətbiq edir. 

Təhsildən və sair ümumi xidmətlərdən məhrum edilmə cəzaları ilə onlara təzyiq göstərir. Hakimiyyət qadın və qızların hüquqlarına sayğı ilə yanaşmalıdır”- deyə bəyanatda qeyd olunub.

Bəyanatı dəstəkləyən ölkələr, həmçinin hakimiyyətin süni zəkadan və rəqəmsəl sifət ayırd olunması texnologiyasından istifadə etməklə, qadınlara nəzarət, saxlanılma və cəza tətbiqini kəskin qınayıblar.

“İrandan götürdüyü beynəlxalq öhdəliklərinə, o cümlədən qadınların cins bərabərliyi və sair hüquqlarına riayət etməsini istəyirik.”-deyə 54 bəyanatın davamında qeyd olunub.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar