SON XƏBƏRLƏR

Həbsdə olan zəncanlı hüquq müdafiəçisinə Nobel sülh mükafatı verildi

2023.10.06, 14:00
Həbsdə olan zəncanlı hüquq müdafiəçisinə Nobel sülh mükafatı verildi

2023-cü il Nobel Sülh Mükafatı İranda həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə verildi.

Gunaz.tv

Norveçdəki Nobel Sülh Komitəsi bu gün 6 oktyabrda elan edib ki, xanım Məhəmmədiyə İranda qadınlara qarşı zülmlə mübarizədə, eləcə də hamı üçün insan haqları və azadlığının təşviqi uğrunda mübarizədəki roluna görə bu mükafatı verəcək.

Qeyd edək ki, bu, ikinci dəfədir ki, İrandan olan azərbaycanlı Nobel Sülh Mükafatını qazanır.

Bundan əvvəl Güney Azərbaycanın Həmədan şəhərindən olan Şirin İbadi bu mükafatı qazanıb.

Xatırladaq ki, xanım Məhəmmədi son illərdə İran rejimi tərəfindən xalq etirazlarının zorakılıqla yatırılmasını tənqid etdiyinə, siyasi məhbusları dəstəklədiyinə, İran həbsxanalarında məhbuslara verilən işgəncləri və psixoloji təzyiqləri ifşa etdiyinə görə dəfələrlə həbsə atılıb.

21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar