SON XƏBƏRLƏR

Təbriz Beynəlxalq Kitab Sərgisi keçiriləcək

2023.10.07, 15:15
Təbriz Beynəlxalq Kitab Sərgisi keçiriləcək

4 il gecikmədən sonra 24 oktyabrdan başlayaraq Təbrizdə 18-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycanın Mədəniyyət və İslami İrşad İdarəsinin başçısı Məhəmməd Hüseyn Bulağı bildirib.

"Ölkənin şimal-qərbində ən əlamətdar və populyar mədəniyyət hadisəsi olan Təbriz Kitab Sərgisi bu il əyalətin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin səyləri, Şərqi Azərbaycan valisinin dəstəyi və müşayiəti ilə keçiriləcək",- Bulağı qeyd edib.

Yerli naşirlər keçiriləcək sərgidə Azərbaycan dilində olan kitabların iştirakının məhdud olacağını bildiriblər.

Onlar bundan əvvəl mayın 11-dən 20-ə kimi Tehranda keçirilən 34-cü beynəlxalq kitab sərgisində də Azərbaycan dilində olan kitabların iştirakına məhdudiyyətlər qoyulduğunu xatırladıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar