SON XƏBƏRLƏR

 "Əxlaq polisi"nin döydüyü yeniyetmə beyin ölümü keçirib

2023.10.13, 10:49
 "Əxlaq polisi"nin döydüyü yeniyetmə beyin ölümü keçirib

Oktyabrın 2-də Tehranda məcburi hicab qaydalarını pozduğuna görə "əxlaq polisi" tərəfindən döyülərək komaya düşən 16 yaşlı qız Armita Qravənd beyin ölümü keçirib.

Gunaz.tv

Bu barədə yerli mənbələr Tehranın "Fəcr" xəstəxanasında olan etibarlı qaynaqlara istinadən məlumat yayıblar.

"Armita Gravəndi müalicə edən həkimlər qrupu "Fəcər" xəstəxanasında yerləşən təhlükəsizlik qüvvələrinə onun artıq heç bir reaksiyası və ya həyati əlaməti olmadığını deyiblələr.

Həkimlər onun mütləq beyin ölümü keçirdiyi və beləliklə, Armitanın cihazlardan ayrılmasını, ailəsinə ölüm xəbərinin verilməsini istəyiblər",- məlumatda qeyd edilib.

Qeyd edək ki, oktyabrın 2-də Tehran metrosunda "əxlaq polisi" və metro nəzarətçiləri tərəfindən döyülən Armita Gəravənd "Fəcr" xəstəxanasının reanimasiya şöbəsində süni tənəffüsə qoşulub.

Xəstəxananı polis qüvvələri və mülki geyimli məmurlar mühasirəyə alib, media işçiləri və qızın ailə üzvləri xəstəxanaya buraxilmir.

Onun həyatını itirəcəyi təqdirdə ötən ilin sentyabrında olduğu kimi İranda geniş etiraz dalğasının başlanacağı gözlənilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar