SON XƏBƏRLƏR

“Hizbullah genişmiqyaslı həmlə edərsə, Senatda İrana həmləni gündəmə gətirərəm” - Respublikaçı senator

2023.10.16, 11:21
“Hizbullah genişmiqyaslı həmlə edərsə, Senatda İrana həmləni gündəmə gətirərəm” - Respublikaçı senator

Respublikaçı senator Lindsey Qraham Hizbullahın İsrailə genişmiqyaslı həmlə edəcəyi təqdirdə İrana həmlə layihəsinin Senatda irəli sürəcəyinin bildirib.

Gunaz.tv

Layihəyə əsasən, İranın neft ticarətindən çıxarılması məqsədi ilə Senatın hərbi əməliyyata icazə verilməsi nəzərdə tutulub. 

Senator NBC şəbəkəsinə  müsahibəsində İranı “Böyük Şeytan” adlandırıb. Habelə “Həmas və hizbullahın maliyyə resurslarının məhv edilməsi məqsədi ilə hərbi gücdən istifadə oluna biləcəyini deyib. 

Qraham, həmçinin İsrailə həmlədən İranın məlumatlı olmadığı barədə iddiaları “gülüncdür” deyərək, Həmas və Hizbullahın maliyyə qaynaqlarının yüzdə 93 faizinin İran tərəfindən təmin olunduğunu vurulayıb.

Qeyd edək ki, Senatorun İrana xəbərdarlığına əsasən, bu ölkənin 4 iri neftayırma zavudunun hərbi əməliyyatla vurulması nəzərdə tutulub.
 
Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar