SON XƏBƏRLƏR

"İran müharibəni qızışdırmasın"- ABŞ prezidenti

2023.10.16, 11:55
"İran müharibəni qızışdırmasın"- ABŞ prezidenti

ABŞ prezidenti Cozef Bayden qırmızı xətti keçməmək və müharibəni qızışdırmamaq barədə İrana xəbərdarlıq edib.

Gunaz.tv

Baydenin fikrincə, HƏMAS tamamilə məhv edilməli, lakin Fələstin dövlətinin də yaradılması üçün müəyyən istiqamət təyin olunmalıdır. 

O, Amerika qüvvələrinin müharibəyə göndərilmə ehtimalı barədə jurnalistlərin sullarını cavablandırıb. 

“Orta Şərq müharibəsinə Amerika qüvvələrinin göndərilməsi lazım deyil. İsrailin özü ən yaxşı döyüş qüvvələrinə malikdir. Amerika isə İsrail və Ukrayna müharibəsini gözdə saxlamalı və beynəlxalq müdafiə mövqeyini qorumalıdır. 
HƏMAS üzvləri vətəndaşların arxasında gizlənən qorxaqlardır.”- deyə Bayden vuğulayıb.

ABŞ prezidenti  "HƏMAS məhv edilməlidir?" sualına cavab olaraq deyib: “Bəli. HƏMAS və Hizbullahın məhv edilməsi vacib bir məsələdir”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar