SON XƏBƏRLƏR

Texnologiya cəmiyyətinin İrankökənli müdirinə 5 ilədək həbs çıxarılıb

2023.10.19, 14:53
Texnologiya cəmiyyətinin İrankökənli müdirinə 5 ilədək həbs çıxarılıb

“Micfo LLC” Cəmiyyətinin İrankökənli amerikalı icraçı direktoru və təsisiçisi Əmir Gülüstan fırıldaqçılıq cinayətinə görə 5 ilədək azadlıq məhrum edilmə cəzasına məhkum edilib.

Gunaz.tv

Amerikanın Cənubi Karolina Ştatında yerləşən cəmiyyətin icraçı direktoru qanunsuz olaraq 757 min IP adresini qanunsuz mənimsəyərək fırıldaqçılıq edib.

İnternet adreslərinin dünya üzrə 5 paylayıcı mərkəzindən biri olan Amerikada İnternet Sayı üzrə Reyestr (ARIN) Mikfo Cəmiyyətinə qarşı ilk şikayətçi olub. 

Şikayətə əsasən həmin cəmiyyət və icraçı direktoru minlərlə IP adresini sənəd saxtalaşdırmaqla mənimsəyib. 

Əmir Gülüstan 20 fırıldaqçılıq faktına etiraf edib. Məhkəmənin qərarı ilə ittihamlar üzrə cəmi 60 ay həbsə, həbs müddəti qurtarandan sonra 2 illik məhəkəmə nəzarəti və 77 min dollar cəriməyə məhkum olunub.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar