SON XƏBƏRLƏR

Beynəlxalq təşkilat İsveç vətəndaşına görə İrana çağırış etdi

2023.10.21, 13:03
Beynəlxalq təşkilat İsveç vətəndaşına görə İrana çağırış etdi

Beynəlxalq Əfv Təşkilatı İranda həbsdə olan İsveç vətəndaşı Yuhan Flodrusun sərbəst buraxılması üçün Tehrana müraciət edib.

Gunaz.tv

Bu barədə təşkilatın saytında məlumat paylaşılıb.

Bildirilib ki, 33 yaşlı İsveç vətəndaşının həbsı qanunsuzdur və ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur.

Yuhan Flodrus 2022-ci ilin yazında İrana səfər edib. O, aprelin 17-də ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Qeyd edək ki, İsveç məhkəməsinin keçmiş iranlı prokuror köməkçisi Həmid Nurini ömürlük həbsə məhkum etməsindən sonra İranda bir neçə İsveç vətəndaşı müxtəlif ittihamlarla həbs edilib.

İsveç vətəndaşının həbsinin Həmid Nuri ilə  dəyişdirilməsi məqsədi daşıdığı  ehtimal edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar