SON XƏBƏRLƏR

Təbrizdə saxlanılan milli fəalların həbs müddəti uzadılıb

2023.10.24, 13:16
Təbrizdə saxlanılan milli fəalların həbs müddəti uzadılıb

9 sentyabr 1 oktyabr arası təhlükəsizlik məmurlarının Təbrizdə saxladığı 12 milli fəalın həbs müddəti uzadılıb.

Gunaz.tv

Onların ailə üzvləri bildiriblər ki, Təbrizin İnqilab Prokurorluğu müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmalarına icazə verməyib.

Hazırda Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasında saxlanılan fəalların ittihamı barədə açıqlama verilməyib.

Məhbusların ailələrinin yaxın günlərdə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsi qarşısında etiraz aksiyası keçirəcəkləri bildirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar