SON XƏBƏRLƏR

İran həbsxanalarında daha 6 məhkum edam edildi

2023.10.25, 15:19
İran həbsxanalarında daha 6 məhkum edam edildi

Kirman, Kərəc, Şiraz və Xoy şəhərlərinin həbsxanalarında 6 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlər adam öldürmək və narkotik maddələrin alverində günahlandırılıblar.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman cari ildə bu ölkədə 419 məhkumun edam edildiyini bildirib.

Qeyd edək ki, İranda son bir il ərzində isə 659 məhkum edam edilib.  Beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar