SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda konteyner məktəblərin sayı açıqlandı

2023.10.26, 13:33
Şərqi Azərbaycanda konteyner məktəblərin sayı açıqlandı

Şərqi Azərbaycan əyalətinin müxtəlif bölgələrində hələ də on minlərlə şagird yüzlərlə konteyner məktəblərdə təhsil almaq məcburiyyətindədir.

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı Fərhad Fərhudinin verdiyi məlumata görə, hazırda əyalətdə 319 konteyner məktəb fəaliyyət göstərir.

Bununla yanaşı o, Şərqi Azərbaycanda mövcud olan 8 min məktəbin 20 faizdən çoxunun qəzalı vəziyyətdə və istifadəyə yararsız olduğunu deyib.

Qeyd edək ki, illərdir konteyner məktəblərin yığışdırılması ilə bağlı millət vəkilləri və əyalət rəsmilərinin çoxsaylı vədlərinə baxmayaraq məsələ həll olunmamış qalıb.

Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri ilə bağlı vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar