SON XƏBƏRLƏR

Cıdır yarışlarında idmançının ürək oxşayan hərəkəti

2023.10.26, 15:26
Cıdır yarışlarında idmançının ürək oxşayan hərəkəti

“Harna Festivalı” Cıdır Yarışlarında azərbaycanlı çapar xanım cıdırda olan jurnalistə xəsarət yetirməsin deyə, atını istiqamətdən kənar çəkərək yıxılıb.

Gunaz.tv

Yarışda 3 atlının finiş xəttinə çatmağına 20 metr qalmış bir jurnalist şəkil çəkmək üçün cıdıra çıxır. 

Atlılardan biri- xanım Neməti birinci yeri tutmağa az qalmış jurnalistin qarşısında olduğunu görüb. Ona  xəsarət yetirməsin deyə, hızla çapdığı atını istiqamətdən çəkərkən müvazinətini itirib və yıxılıb.

Xanım Neməti Qızıl Qasırğa atı ilə yarışlarda iştirak edib. Brinci yeri tutua bilmədiyi üçün kədərlənsə də,  azarkeşlər onu alqışlayıblar.
photo_2023-10-24_11-52-55.jpg

Lakin yarış təşkilatçıları onun bu hərəkətini dəyərləndirməyiblər. Təşkilatçıların bu hərəkəti isə azarkeşlər və sair cıdır iştirakçıları tərəfindən kəskin tənqid olunub. 

 Harna Mədəni, İdman və Elat Festivalı hər il Güney Azərbaycanın Abış Əhməd vilayəti Kəleybər rayonunda keçirilir. Yarış ötən il Qara Qaya kəndində, bu il isə Harna kəndində keçirilib. 

Festivalın ən həyəcanlı yarışı qadınların at çapmasıdır. Festivala baxmaq üçün ölkənin sair əyalətlərindən xeyli sayda azarkeş Qaradağ bölgəsinə gəlir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar