SON XƏBƏRLƏR

"Husilərin cavabını vaxtına verəcəyik"- İsrail

2023.11.01, 15:46
"Husilərin cavabını vaxtına verəcəyik"- İsrail

İsrail ordusunun sözçüsü Daniel Haqari İsrail tərəfindən Husilərin cavabının vaxtına verilcəyini deyib.

Gunaz.tv

“İranın Husilər kimi proksi qüvvələri bizi çətinliyə düşürmək və fikrimizi Qəzzada müharibədən yayındırmaq istəyirlər. Lakin biz fikrimizi Qəzzaya toplamışıq. 

Yəmən Husilərinin İsrailə raket həmlələrinin cavabını yaxtında verəcəyik.” -deyə Haqari vurğulayıb.

Xatırladaq ki, Husilər oktyabrın 31-i İsrailə 3 dəfə PUA həmləsi etdiklərini bildiriblər. Məlumata əsasən noyabrın 1-i yerli vaxtla İsrailin Aşdod, Aşkelon və ölkənin cənubunda yerləşən bir sıra şəhərlərinə raket həmlələri üzrə həyacam siqnalı səsləndirilib.

İsrail ordusu Qırmızı Dəniz tərəfdən atəş edən  3 raketin izlənilib vuruluduğunu bildirib.

Bu ölkənin Yenet (Ynet) Xəbər Agentliyi raketlərin Yəmən tərəfindən atəş açdığı barədə xəbər yayıb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar