SON XƏBƏRLƏR

İranın İsrailə neft satdığı üzə çıxdı

2023.11.02, 11:26
İranın İsrailə neft satdığı üzə çıxdı

İran Türkiyə vasitəsilə İsrailə neft ixrac edir və bu, Təl-Əvivin yanacağa olan ehtiyacının əhəmiyyətli hissəsini təmin edir.

Gunaz.tv

Bu barədə İLNA Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat yayıb.

İran parlamentinin keçmiş üzvü Hidayətullah Xadimi İLNA-ya müsahibəsində bunu inkar etməyib.

“Türkiyə ilə İsrail arasında iqtisadi, hərbi, mədəni və turizm sahəsində əlaqələr var və Türkiyənin İrandan aldığı nefti İsrailə ixrac etməsi ehtimalı yüksəkdir”, - o deyib.

Müstəqil ekspertlər bildirirlər ki, sanksiyalardan əziyyət çəkən və neftin satılmasında problemlər yaşayan İranın Türkiyə vasitəsilə İsrailə neft ixrac etməsi Tehran rəsmilərinin razılığı əsasında baş verir.

Xatırladaq ki, Əli Xamenei noyabrın 1-də müsəlman ölkələrdən İsrail ilə əlaqələri kəsməyi, bu ölkəyə yanacaq və ərzaq ixracatını dayandırmalarını təlb etmişdi.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar