SON XƏBƏRLƏR

Nəsim Sidqinin etirazlarda öldürülməsinin ildönüm mərasimi keçirilib

2023.11.04, 14:30
Nəsim Sidqinin etirazlarda öldürülməsinin ildönüm mərasimi keçirilib

Güney azərbaycanlı Nəsim Sidqi ötən il oktyabrın 31-də təhlükəsizlik qüvvələrinin birbaşa atəş açması ilə həyatını itirib.

Gunaz.tv

23 yaşlı xanım Sidqi İranda ötən ilin sentyabrından hakimiyyətə qarşı başlamış “Qadın, Yaşam, Azadlıq” hərkatında iştirakı zamanı Urmuda öldürülüb. 

Onun ölümünün ildönüm doğma yurdu Güney Azərbaycanın Qərbi Azərbaycan Əyaləti Sayınqala rayonunda keçirilib. 

Məmurların Sidqini öldürməsidən 1 il keçsə də qatıl məmurlar hələ də cəzalandırılmayıb. 

Lakin İranın “Bəsic” yarımhərb qüvvələrinin üzvü olmuş Ruhulla Əcəmianın etirazçılara qarşı aqresiv davranışı zamanı təsadüfən ölməsinə səbəb olanlar cəzalandırılıb.

Belə ki,  hərəkat iştirakçıları Məhəmməd Mehdi  Kərəmi və Məhəmməd Hüseyninin kimlikləri müəyyən edilərək saxlanılıb və bir müddət sonra edam olunublar.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar