Bir gündə Tehran xəstəxanalarına koronavirusla bağlı 6 mindən çox şəxs müraciət edib

23.04.2020, 12:05

GünAz TV: Tehranın Koronavirusla Mübarizə Qərargahının komandanı Əlirza Zali ötən gün 6 min 390 nəfərin vətəndaşın koronavirusla bağlı paytaxt xəstəxanalarına müraciət etdiyi barədə məlumat yayıb.

 

Onun sözlərinə görə, həmin şəxslərdən təxminən 400 nəfərində koronavirus əlamətləri olduğundan, onlar xəstəxanalara yerləşdiriliblər.

 

Komandan qeyd edib ki, 312 nəfər adi palatalara, vəziyyətləri ağır olan 81 nəfər isə xüsusi rejimli şöbələrə yerləşdiriliblər.

 

Əlirza Zali qalan müraciət edənlərin vəziyyətlərinin necə olduğu və onlarda koronavirus əlamətlərinin müşahidə edilib- edilmədiyi barədə detalları açıqlamayıb. Lakin o, paytaxt ərazisində infeksiyaya yoluxanların yenidən orta sürətlə yüksəldiyini deyib.

 

Ötən günlər ərzində Azərbaycan əyalətləri və Mazandaranın tibb rəsmiləri ölkə ərazisində bəzi məhdudiyyətlərin aradan qaldırılmasından sonra koronavirusun yayılmasının 2-ci dalğasının başlandığını bəyan ediblər.

 

Bununla belə, Səhiyyə naziri Səid Nəməki ötən gün etdiyi çıxışda infeksiyaya yoluxanların günlük sayının 53%, ondan ölənlərin sayının isə 30% azaldığını iddia edib.

 

İranlı deputatlardan, eləcə də Şəhər Şuraları üzvlərindən bir çoxu dəfələrlə Səhiyyə Nazirliyini koronavirusla bağlı yaydığı statistikalarda real rəqəmləri gizlətməkdə ittiham ediblər. Bu səbəbdən Səid Nəməkinin dünən dediklərinin həqiqəti əks etdirmədiyi düşünülür.

 

Ə.A

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İŞİD-lə PKK arasında atışma başladı: ölənlər var

2022-01-22

gun az article

Azərbaycanda daha 1 614 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

2022-01-22

gun az article

Ceyhun Bayramov Malayziya XİN başçısının müavini ilə görüşüb

2022-01-22

gun az article

İranda koronavirusdan daha 30 nəfər vəfat edib, 3 503 nəfər virusa yoluxub m- RƏSMİ STATİSTİKA

2022-01-22

gun az article

Putinlə Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsini müzakirə edib

2022-01-22

gun az article

İranın Kirman əyalətində qum fırtınası həyatı iflic etdi: 40-dan çox kəndin yolları bağlanıb - FOTO

2022-01-22

gun az article

Xuzistan əyalətində yoluxucu xəstəliyin Omikron ştammına yoluxanların sayı ikiqat artıb

2022-01-22

gun az article

Məşhur azərbaycanlı generalın doğum günüdür

2022-01-22

gun az article

SOCAR: “Ermənistanda bitum sexinə ehtiyacımız yoxdur”

2022-01-22

gun az article

Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib

2022-01-22

gun az article

Ağ Ev: Putin və Bayden arasında görüş keçirilə bilər

2022-01-22

gun az article

Hulusi Akar: “Ukrayna-Rusiya probleminin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq”

2022-01-22

gun az article

NATO yanvarın 24-dən fevralın 4-dək Aralıq dənizində təlimlər keçirəcək

2022-01-22

gun az article

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

2022-01-22

gun az article

“Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” - Ukraynalı nazir

2022-01-22

gun az article

Azərbaycan dilinin Orfoqrafiya Lüğəti yenidən nəşr olunacaq

2022-01-22

gun az article

ABŞ-dan Ukraynaya birinci əlavə hərbi yardım göndərilib

2022-01-22

gun az article

“Yolumuzqarabaga.az” saytı fəaliyyətə başlayıb

2022-01-21

gun az article

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv olunur

2022-01-21

gun az article

Ermənistan Türkiyənin iki şərtini yerinə yetirib - Erməni politoloq

2022-01-21