SON XƏBƏRLƏR

Həmədanda daha bir tarixi tikili dağıdıldı-FOTO

2021.10.27, 11:28
Həmədanda daha bir tarixi tikili dağıdıldı-FOTO

Gunaz.tv

Bu barədə Həmədan əyalətinin Mədəni İrs, Türizm və Əl İşləri Təşkilatının sədr müavini Məryəm Muxtari Musəvi açıqlama verib.

O, məsələ ilə bağlı mediaya verdiyi açıqlamada ölkənin mədəni irs siyahısına salınması üçün “Xancani evi”nin sənədlərinin Tehrana göndərildiyini bildirib.

 

Açıklama yok.

Həmədanın Mədəni İrs, Türizm və Əl İşləri Təşkilatı tarixi tikili və abidələrin dəyərləndirilməsinin onların işi olduğunu, ancaq tikililərin qorunması və saxlanılması ilə bağlı məsuliyyətin bələdiyyə üzərinə düşdüyünü iddia edir. 

Həmədan şəhər şurasının başçısı Seyid Mahmud Misgəriyan isə mətbuata açıqlamasında Mədəni İrs, Türizm və Əl İşləri Təşkilatı məsuliyyət daşıdığını deyib.

“Bələdiyyə tarixi abidə və tikililərin sökülməsi ilə bağlı hər hansı icazə verməyib. Bələdiyyə hər bir tarixi bina və abidənin qorunması üçün keşikçi ayıra bilməz”-deyə, Misgəriyan Mədəni İrs, Türizm və Əl İşləri Təşkilatını günahlandırıb.

Bundan öncə oktyabrın 11-də Həmədan şəhərində yerləşən tarixi “Doktor Şiri” evi, sentyabrın sonlarında isə tarixi “Zəfər” məktəbi uçurdulub.

Bununla bağlı açıqlama yayan Həmədan əyalətinin Mədəni İrs, Türizm və Əl İşləri Təşkilatınının başçısı Əli Malmir bələdiyyə idarəsini günahlandırıb.

 

مرکز آموزش هتلداری به توسعه گردشگری همدان كمك می‌كند | خبرگزاری فارس

“Tarixi və mədəni dəyəri olan tikililər barədə əsasən Həmədan bələdiyyəsinə məlumat verilir. Bu isə bir çox hallarda Mədəni İrs Təşkilatının müdaxiləsinə icazə vermədən tarixi tikililərin uçurulması ilə nəticələnir”-deyə, Malmir Həmədan bələdiyyəsinin tarixi abidələrə qarşı məsuliyyətsiz davranışını qınayıb.

Qeyd edək ki, Həmədanda 1830 tarixi abidə. əsər və mədəni irs mövcuddur. Bunlardan 1000-i mədəni əsərlər siyahısında qeydə alınıb.

Hal-hazırda Həmədan şəhərində 35 tarixi tikili və ev var. Onlar bələdiyyə idarəsi və başqa dövlət qurumlarının laqeydliyi ucbatından dağıdılmaq təhlükəsi ilə qarşılaşıblar.

C.E

Mövzu ilə bağlı buradan daha çox oxuya bilərsiniz:

https://gunaz.tv/az/new/m-danda-tarixi-tikili-da-d-l-b-1632994646

https://gunaz.tv/az/new/m-danda-tarixi-tikili-u-urulub-1634028000

 

14000805000135_Test_NewPhotoFree.jpg

14000805000133_Test_NewPhotoFree.jpg

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar