SON XƏBƏRLƏR

Əfqanıstanın Kabil hava limanında narkotik qaçaqmalçılığına görə iranlı həbs edilib

2025.07.18, 10:58
Əfqanıstanın Kabil hava limanında narkotik qaçaqmalçılığına görə iranlı həbs edilib

Taliban rəsmiləri Kabil hava limanında bir İran vətəndaşının “narkotik qaçaqmalçılığı” ittihamı ilə həbs edildiyini açıqlayıb.

Gunaz.tv

Taliban sərhəd qüvvələrinin sözçüsü Abedullah Faruqi “X” şəbəkəsində qrupun təhlükəsizlik qüvvələrinin Kabil hava limanında narkotik keçirməyə cəhd edərkən İran vətəndaşını həbs etdiyini yazıb.

"Qüvvələrimiz həmişə hazırdır və qaçaqmalçıların planlarının qarşısını almağa müvəffəq olub", - Faruqi X-də yazıb.

Taliban rəsmisinin sözlərinə görə, İran vətəndaşı dörd kiloqramdan artıq heroini Kabildən İstanbula aparmaq istəyərkən həbs edilib

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar