SON XƏBƏRLƏR

SEPAH Beyrutun cənub ətrafındakı obyektlərini boşaldıb

2026.11.25, 19:35
SEPAH Beyrutun cənub ətrafındakı obyektlərini boşaldıb

Gunaz.tv

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanın paytaxtı Beyrutun cənub ətrafında yerləşən, “Hizbullah”ın əsas dayaqlarından və təsir mərkəzlərindən biri sayılan Dahiyə bölgəsindəki obyektlərini boşaldıb.

Livan mediasının çərşənbə axşamı yaydığı məlumatlara görə, SEPAH bölgədəki qüvvələrini, hərbi texnikasını və logistika vasitələrini Bəqa vadisinə köçürüb. “Nida əl-Vətən” nəşri də bu barədə məlumat yayıb.

Bu arada, İsrail ordusu cümə axşamı Bəqa vadisinin Cəntə bölgəsində “Hizbullah”a məxsus keçmiş raket istehsalı obyekti və silah anbarına hava zərbəsi endirdiyini açıqlayıb. “Hizbullah” İran İslam Respublikasının Livandakı müttəfiqi hesab olunur.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar