SON XƏBƏRLƏR

İran XİN rəhbəri: Avropa köhnəlmiş təzyiq siyasətindən əl çəkməlidir

2025.07.18, 12:18
İran XİN rəhbəri: Avropa köhnəlmiş təzyiq siyasətindən əl çəkməlidir

Abbas Əraqçi münaqişəyə görə yenidən Amerikanı günahlandırıb.

Gunaz.tv

Bunu İranın xarici işlər naziri Abbas Araqçi “X” hesabında bildirib.

“Ötən gecə Avropa üçlüyünün (Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla telekonfrans keçirdik. Mən açıq-aydın vurğuladım ki, iki il müzakirədən sonra ərsəyə gələn nüvə razılaşmasından (2015-ci ildə imzalanan razılaşma) geri çəkilən Amerikadır, o cümlədən bu ilin iyun ayında danışıqlar masasını tərk edib hərbi yolu seçən də Amerikadır, İran deyil. İstənilən yeni bir danışıq raundu sadəcə qarşı tərəfin ədalətli, balanslı və qarşılıqlı faydaya əsaslanan nüvə razılaşması üçün hazır olmasından asılıdır”, - Araqçi bildirib.

İran XİN rəhbəri Avropa üçlüyünün danışıqlarda iştirak etməsinin şərti olaraq bəyan edib ki, bu ölkələr İrana qarşı köhnəlmiş təzyiq siyasətindən əl çəkməlidir.

O, “tətik” sanksiyalar mexanizminin heç bir əxlaqi və qanuni əsasının olmadığını ifadə edib.

Qeyd edək ki, Amerika tərəfinin 2015-ci ildə imzalanan nüvə razılaşmasından geri çəkilməsinin başlıca səbəbi İranın razılaşmanın müddəalarına məhəl qoymaması və uranı silah əldə etmək səviyyəsində zənginləşdirməyə başlamasıdır.

İstər Amerika, istər Avropa ölkələrinin kəşfiyyatlarının, istərsə də Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarında İranın nüvə proqramının dinc məqsədlər daşımadığı və silah əldə etməyə sürətlə yaxınlaşdığı dəfələrlə vurğulanıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar