SON XƏBƏRLƏR

Zelenski Rusiyanın Ukrayna ərazisinə 300-dən çox dron və 30 raket buraxdığını bildirib

2025.07.19, 14:14
Zelenski Rusiyanın Ukrayna ərazisinə 300-dən çox dron və 30 raket buraxdığını bildirib

Rusiya iyulun 19-u gecə saatlarında Ukrayna ərazisinə 300-dən çox zərbə dronu və 30-dan çox müxtəlif növ raketdən istifadə edərək hücum həyata keçirib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Məlumata görə, ölən və yaralananlar var.

Dövlət başçısının sözlərinə görə, hücum bütün gecə davam edib: "Hava hədəflərinin məhv edilməsi hələ də davam edir".

O, həmçinin vurğulayıb ki, xilasetmə işləri aparılır.

"Donetsk, Kirovoqrad, Dnepr, Sumı, Xerson,Volın , Zaporojye, Nikolayev, Odessa, Jitomir vilayətləri zərər çəkib", - V.Zelenski bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar