SON XƏBƏRLƏR

25 əyalət su problemi ilə üzləşib - Əmini

2025.07.21, 10:43
25 əyalət su problemi ilə üzləşib - Əmini

Hazırda ölkənin 25 əyalətinin 53 şəhərində su çatışmazlığı problemi var.

Gunaz.tv

Bunu İranın Milli Su və Kanalizasiya Şirkətinin başçısı Haşım Əmini deyib.

O, ölkədə ardıcıl olaraq beş ildir quraqlıq olduğunu və vəziyyətin getdikcə daha da pisləşdiyini bildirib.

Əmini, problemin aradan qaldırılması üçün müxtəlif zəruri layihələr hazırlandığını desə də, dolayısı ilə bunun həyata keçirilməsi üçün vəsait olmadığını söyləyib:

"Dövlət lazım olan vəsaitin bir hissəsini təmin etsə də bu kifayət deyil və əməkdaşlarımız layihələrin maliyyələşdirilməsinin qalan hissəsini əldə etmək üçün müxtəlif tədbirlərə əl atıblar".

Qeyd edək ki, ekoloqlar su qıtlığının yaranmasında əlaqədar dövlət qurumlarını günahlandırır, yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini bildirirlər.

Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə edilməsi quraqlığın artmasına səbəb olur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar