SON XƏBƏRLƏR

Aİ sanksiyaları bərpa edərsə, İran öhdəliklərini yerinə yetirməyəcək

2025.07.21, 11:53
Aİ sanksiyaları bərpa edərsə, İran öhdəliklərini yerinə yetirməyəcək

Avropa dövlətləri İslam Respublikasına qarşı beynəlxalq sanksiyaların bərpası üçün BMT mexanizmini işə salsa, İran öhdəliklərini yerinə yetirməyəcək.

Gunaz.tv

Bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Abbas Müqtədai "Borna News"a deyib.

"Əlimizdə çoxlu alətlər var. Biz regionda, Ərəb Körfəzində və Hörmüz boğazında, eləcə də digər dəniz bölgələrində təhlükəsizliyə dair öhdəliklərimizin icrasını dayandıra bilərik."

Qeyd edək ki, iyulun 25-i İran ilə Avropa Üçlüyü arasında İstanbulda danışıqların başlaması gözlənilir.

Avropa Üçlüyü İranın nüvə proqramı ilə bağlı Qərb dövlətləri, xüsusilə də Amerika ilə məhsuldar danışıqlara getməyəcəyi təqdirdə, avqustun sonuna qədər İrana qarşı beynəlxalq sanksiyaları bərpa edəcəklərini bildirmişdilər.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar