SON XƏBƏRLƏR

Əraqçi: İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək

2025.07.22, 10:27
Əraqçi: İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək

İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək.

Gunaz.tv

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, Amerikanın sanksiyalarına baxmayaraq İranın uranı zənginləşdirməsinin qarşısını almaq çətin olacaq: “Biz zənginləşdirmədən imtina edə bilmərik, çünki bu bizim alimlərimizin nailiyyətidir. Bu, milli qürur məsələsidir. Zənginləşdirmə bizim üçün çox dəyərlidir”.

Nazir ötən ay Amerikanın zərbələri nəticəsində İranın nüvə obyektlərinə dəyən ziyanın "ciddi" olduğunu təsdiqləyib. Ancaq o, zərbələrdən sonra zənginləşdirilmiş uranın salamat qalıb-qalmadığını şərh etməyib: “Ziyanın dərəcəsini indi atom enerjisi üçün məsul olan təşkilatımız qiymətləndirir".

A.Əraqçi İranın Amerika ilə danışıqlara açıq olduğunu vurğulasa da, bunun hələ ki birbaşa olmayacağını vurğulayıb: “Amerika qarşılıqlı faydalı həll yoluna can atarsa, onlarla əməkdaşlıq etməyə hazırıq”. Onun sözlərinə görə, İranın nüvə proqramını danışıqlar yolu həll etmək təcrübəsi var: “Biz bunu yenidən etməyə hazırıq”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar