SON XƏBƏRLƏR

İranda enerji böhranı səbəbiylə 23 vilayət qapanmaya gedib

2025.07.23, 11:18
İranda enerji böhranı səbəbiylə 23 vilayət qapanmaya gedib

İranda davam edən isti hava dalğası, su və elektrik çatışmazlığı böhranı nəticəsində hökumət rəsmiləri ölkənin müxtəlif əyalətlərində geniş miqyaslı qapanmalar tətbiq etmək və iş saatlarını azaltmaq qərarına gəliblər.

Gunaz.tv

Ölkə daxilindəki qubernatorluqların elanlarına görə, “istilik və enerji istehlakının idarə edilməsi” ilə əlaqədar avqustun 23-ü çərşənbə günü məktəblər və ofislər bağlanacaq və ya fəaliyyətləri uzaqdan həyata keçiriləcək.

Semnan əyalətində də fəaliyyətlər avqustun 23-də yalnız səhər saat 6:00-dan səhər saat 11:00-a qədər olacaq.

İsfahan, Ərdəbil, Zəncan, Həmədan, Sənəndəc və Qərbi Azərbaycan əyalətlərində idarə və məktəblər isə normal rejimdə fəaliyyət göstərəcək.

Bununla belə, bütün yardım, tibb və kommunal xidmətlər əvvəlki qaydada işləməyə davam edəcək.

Digər tərəfdən, hökumət sözçüsü Fatimə Mühacirani mediaya açıqlamasında: "Su böhranı halında, qapanmaların davam etməsi ehtimalı var." - deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar