SON XƏBƏRLƏR

Nazir: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığın və dostluğun nəticələrini hiss olunacaq dərəcədə görür

2025.07.23, 11:59
Nazir: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığın və dostluğun nəticələrini hiss olunacaq dərəcədə görür

Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığın və sıx dostluğun nəticələrini hiss olunacaq dərəcədə görür.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri Maka Botçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovun Tbilisiyə səfərinin yekunları ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Azərbaycan XİN başçısını Gürcüstanda qəbul etmək mənim üçün şərəf idi. Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və sıx dostluq artıq hiss olunan nəticələr verir. İşə olan qəti sadiqliymiz regional sabitliyin, rifahın və qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcək", - M.Botçorişvili yazıb.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən gün Gürcüstanda rəsmi səfərdə olub. O, gürcü həmkarı ilə yanaşı, Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə danışıqlar aparıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar