SON XƏBƏRLƏR

Makron və Mertz NATO, Aİ-Amerika ticarət münaqişəsi ilə bağlı danışıqlar aparacaq

2025.07.23, 12:35
Makron və Mertz NATO, Aİ-Amerika ticarət münaqişəsi ilə bağlı danışıqlar aparacaq

Fransa prezidenti Emmanuel Makron NATO təhlükəsizliyi, Amerika-Aİ ticarət münaqişəsi və digər əsas məsələləri müzakirə etmək üçün çərşənbə günü Berlində Almaniya kansleri Fridrix Merzlə görüşəcək.

Gunaz.tv

Emanuel Makron görüş ilə bağlı öz təsüratlarını sosial media hesabında bölüşüb:

"Ən önəmli mesaj budur: Alman-Fransız əməkdaşlığı yenidən işbaşındadır." - deyə o bildirib.

Xatırladaq ki, Paris və Berlin, London və Varşava ilə birlikdə Ukraynanı Rusiyaya qarşı dəstəkləmək və NATO-nun Avropa üzv dövlətlərinin müdafiə qabiliyyətini artırmaq üçün səylər göstəriblər.

Paris Ukraynada mümkün atəşkəsə nəzarət etmək üçün sülhməramlı qoşunlar göndərməyə hazır olduğunu bildirsə də, Berlin indiyədək bununla bağlı hansısa bir töhfə vermək planını dilə gətirməyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar