SON XƏBƏRLƏR

Amerika hərbi gəmisi Oman körfəzində İranın nəzarətində olan sulara yaxınlaşıb

2025.07.23, 17:04
Amerika hərbi gəmisi Oman körfəzində İranın nəzarətində olan sulara yaxınlaşıb

Amerika esminesi Oman körfəzində İranın nəzarətində olan sulara yaxınlaşıb, İran hərbiçiləri xəbərdarlıq ediblər.

Gunaz.tv

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, “DDG Fitzgerald” esminesi İranın Oman körfəzində nəzarətində olan sulara yaxınlaşmaq niyyətində olub. Bundan sonra amerikalı hərbiçilərə xəbərdarlıq etmək üçün İran helikopteri havaya qalxıb, lakin Amerika  esminesi helikopteri vurmaqla hədələyib.

"Amerika  esminesinin təkrar hədəsinə cavab olaraq havadan hücumu müdafiə sistemi işə salınıb. Qəti xəbərdarlıq edilib ki, helikopter müdafiə sistemlərinin tam müdafiəsi altındadır və Amerika  esminesi öz hərəkət marşrutunu cənuba dəyişməlidir", - agentliyin məlumatında bildirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar