SON XƏBƏRLƏR

Almaniya İsrailə silah tədarükünü davam etdirəcək

2025.07.24, 10:15
Almaniya İsrailə silah tədarükünü davam etdirəcək

Almaniyanın xarici işlər naziri İohann Vodeful İsrailə silah tədarükünün davam edəcəyini deyib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, o, bu barədə "Die Zeit" qəzetinə müsahibəsində deyib.

"Mən həmişə demişəm ki, prinsipcə biz İsrailə silah veririk. Əvvəlki Almaniya hökuməti təchizatı azaldıb, bunu o zaman düzgün hesab etmirdim. Almaniyanın birinci kansleri Konrad Adenauerdən başlayaraq, bütün hökumətlər İsraili silahla təmin edib və biz, əlbəttə ki, bunu davam etdirəcəyik", - Vadeful deyib.

Onun sözlərinə görə, Almaniyanın bu dəstəyi açıq şəkildə İsrailin mövcud olmaq hüququna sadiqliyindən irəli gəlir.

Daha əvvəl DPA agentliyi xəbər verib ki, Almaniya hökuməti 2023-cü il oktyabrın 7-dən 2025-ci il mayın 13-dək İsrailə 485,1 milyon avroluq silah və hərbi malların tədarükünü təsdiqləyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar