SON XƏBƏRLƏR

KİV: Rubio Trampın Rusiya, Çin, İran və Venesuelaya qarşı siyasətinə təsir edib

2025.07.24, 10:24
KİV: Rubio Trampın Rusiya, Çin, İran və Venesuelaya qarşı siyasətinə təsir edib

Amerika Dövlət katibi Marko Rubio Prezident Donald Trampın Rusiya, Venesuela, İran və Çinə qarşı daha sərt mövqe tutmasına təsir edib.

Gunaz.tv

Bu barədə "Financial Times" Dövlət Departamentinin rəhbərinə həsr olunmuş məqaləsində yazıb.

Nəşr yazır ki, Rubio tərəfdarlarının fikrincə, xarici siyasət məsələlərində nəinki öz prinsiplərindən kənara çıxmayıb, hətta onların müdafiəsinə qalxıb və Trampın Çin, İran, Rusiya və Venesuela kimi ölkələrə qarşı daha sərt mövqe tutmasına təsir edib.

Rubionun dostlarından və keçmiş köməkçilərindən biri deyir: "Çin, Rusiya, Ukrayna və İranda biz Amerikanın yeni xarici siyasətini və Amerikanın dünyada rolunun yenidən qurulmasını görürük".

Qeyd edilir ki, Rubio administrasiyaya qoşulduqdan sonra Amerika miqrantlara münasibətdə bağlı əvvəlki fikirlərindən fərqli siyasətlər həyata keçirməyə başlayıb. Məsələn, məqalədə Amerika Beynəlxalq İnkişaf Agentliyinin yenidən təşkil edilməsi və miqrantlara qarşı ritorikanın sərtləşdirilməsi göstərilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar