SON XƏBƏRLƏR

Merts və Makron Amerikanın mümkün rüsumlarına qarşı cavab tədbirlərinə hazırdırlar

2025.07.24, 10:37
Merts və Makron Amerikanın mümkün rüsumlarına qarşı cavab tədbirlərinə hazırdırlar

Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Amerikanın Avropa İttifaqı məhsullarına qarşı mümkün gömrük rüsumları tətbiq edəcəyi təqdirdə cavab tədbirlərinə hazır olduqlarını bildiriblər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, iki lider arasında Berlindəki Borziq villasında üç saat davam edən danışıqlardan sonra belə bir nəticə əldə olunub.

Bununla yanaşı, Kornelius qeyd edib ki, Almaniya və Fransa danışıqların yekun mərhələsində İtaliya və Avropa Komissiyası ilə sıx koordinasiyada fəaliyyət göstərəcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar