SON XƏBƏRLƏR

KİV: Paşinyan Rusiyada Amerikanın Zəngəzur dəhlizinə nəzarət məsələsini müzakirə edəcək

2025.07.24, 10:39
KİV: Paşinyan Rusiyada Amerikanın Zəngəzur dəhlizinə nəzarət məsələsini müzakirə edəcək

Ermənistan Baş naziri Nikol Paşinyanın komandası onun Altaya səfəri zamanı Syünikdən (Zəngəzur) keçən yolun taleyi ilə bağlı Rusiya hakimiyyəti ilə kuluar danışıqları aparacağını güman edir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasında hesab edirlər ki, Paşinyan Moskva ilə “dəhliz” məsələsini müzakirə edəcək.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya iki günlük işgüzar səfərə gedəcək. Ermənistan lideri Altayda təbiətin mühafizəsi ilə bağlı beynəlxalq konfransda iştirak edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Amerikanın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, Amerika tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat bildirib.

Paşinyan özü Amerikanın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsini istisna etməyib. İspaniyanın “Periodista Digital” nəşri isə Zəngəzur dəhlizi ilə bağlı gizli memorandumu əldə etdiyini və bu sənədin Ermənistanla Amerika tərəfindən təsdiq edildiyinə dair iddia ilə çıxış edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar