SON XƏBƏRLƏR

Amnesty İnternational: İran İsrailə qarşı hücumlarda kaset bombalarından istifadə edib

2025.07.24, 12:14
Amnesty İnternational: İran İsrailə qarşı hücumlarda kaset bombalarından istifadə edib

Beynəlxalq Əfv Təşkilatı bildirib ki, İran hökuməti İsraillə müharibəsi zamanı qadağan olunmuş kaset bombalarından istifadə edib və bu, mülki əhalini riskə atıb.

Gunaz.tv

Kasset sursatları havada partlayır, kiçik sursatları ətrafa səpir. Bu sursatların isə bəziləri zərbə anında partlamır və zamanla, xüsusilə uşaqlar arasında, itkilərə səbəb olur.

Amnesty İnternational yeni araşdırmalara istinadən bildirib ki, “İran qüvvələri İsrailin əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini ballistik raketlər ilə hədəfə alıb.

İnsan haqları təşkilatı bu iddianı yeni araşdırmalara və iyunun 19-da Təl-Əviv paytaxt ərazisinə döyüş sursatlarının vurulduğunu əks etdirən foto və videoların icmalına istinad edərək irəli sürüb.

Beynəlxalq Əfv Təşkilatının baş direktoru Erika Gevara Rosas, İran qüvvələrinin yaşayış məntəqələrində və ya yaxınlığında belə silahlardan istifadə etməklə mülki insanları risk altına atdığını deyib.
 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar