SON XƏBƏRLƏR

İsrail və Suriya son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar aparıblar

2025.07.25, 10:25
İsrail və Suriya son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar aparıblar

İsrail və Suriya arasında son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar baş tutub.

Gunaz.tv

Görüş Parisdə Amerikanın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə reallaşıb.

Danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriyanın keçid hökumətindəki Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani iştirak ediblər.

Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub. Tərəflər Suriyanın cənubunda təhlükəsizlik və atəşkəs barədə razılığa gəlmək niyyətində olublar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar