SON XƏBƏRLƏR

Tehranın su anbarlarında suyun səviyyəsi son illərdə ən aşağı səviyyəyə düşüb

2025.07.25, 11:12
Tehranın su anbarlarında suyun səviyyəsi son illərdə ən aşağı səviyyəyə düşüb

Avropa Birliyinin Sentinel proqramının peyk şəkillərinə əsasən Tehranın su anbarlarında suyun səviyyəsi son illərin ən aşağı səviyyəsindədir.

Gunaz.tv

Peyk görüntülərində Əmir Kəbir (Kərəc), Lar və Latyan kimi su anbarlarının görüntüləri yer alıb.

Yeni yayımlanan görüntülər göstərir ki, əvvəlki heç bir dövrdə bu su anbarlarında su ehtiyatlarının azalması 2025-ci ilin yayında olduğu qədər kəskin olmayıb.

Birləşmiş Millətlər Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun rəhbəri Kaveh Madani peyk görüntülərini müşahidə etdikdən sonra deyib: “Bunu bir terminlə yekunlaşdırmaq olar: suyun iflası."

"Bu sadəcə böhran deyil, uğursuz siyasətin nəticəsidir, çünki dəymiş zərərin bir hissəsi geri qaytarmaq mümkün olmayacaq" - deuə Madani bildirib.

Qeyd edək ki, 200 milyon kubmetrdən çox tutumu ilə Tehran və kənd təsərrüfatında istifadə üçün əsas içməli su mənbələrindən biri olan Əmir Kəbir su anbarı hazırda istifadəyə yararlı həcminin yalnız altı faizini saxlayır.

Tehran şəhəri hazırda susuzluq böhranı yaşamaqla üz-üzədir, rəsmilər isə böhrandan çıxış yollarından biri kimi əhalinin sudan az istifadə etməsini təklif edirlər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar