SON XƏBƏRLƏR

SEPAH rəsmisi: Biz savaşda İsrailə qalib gəldik

2025.07.26, 13:29
SEPAH rəsmisi: Biz savaşda İsrailə qalib gəldik

"Biz bu müharibədə tam qələbə qazandıq. Buna şübhə etməyin. Qələbəmiz çox əlamətdar oldu və biz savaşdan mütləq qalib kimi çıxdıq."

Gunaz.tv

Bunu "Fars News"a müsahibəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri və SEPAH rəhbərinin köməkçisi Əhməd Vahidi deyib.

Vahidi müsahibəsində  İranın savaşı 12 il davam etdirmək iqtidarında olduğunu iddia edib.

"12 gün bizim üçün problem deyildi, biz savaşı 12 il də davam etdirə bilərdik." - deyə o iddia edib.

Xatırladaq ki, İsrailin İrana endirdiyi zərbələr nəticəsində İranın çox sayda yüksək rütbəli hərbçisi və nüvə alimi həlak olub. İranın rəsmi açıqlamalarına görə ölən hərbçi sayı 786 olub.

İranın İsrailə cavab zərbələri nəticəsində isə heç bir strateji obyekdə ziyan dəyməyib və yalnız 27 mülki şəxs həlak olub.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar