SON XƏBƏRLƏR

Le Pen: Avropa İttifaqı Böyük Britaniyadan daha pis şərtlər əldə edib

2025.07.28, 09:57
Le Pen: Avropa İttifaqı Böyük Britaniyadan daha pis şərtlər əldə edib

Fransız sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Avropa İttifaqı (Aİ) ilə Amerika arasında yeni ticarət sazişini kəskin tənqid edib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, Ursula fon der Leyenin Donald Trampla bağladığı ticarət sazişi Aİ üçün "siyasi, iqtisadi və mənəvi fiasko"dur.

"Siyasi nöqteyi-nəzərdən bu bir uğursuzluqdur, çünki 27 üzvü olan Avropa İttifaqı Böyük Britaniyadan daha pis şərtlər əldə edib", - Le Pen yazıb.

Onun iddiasına görə, saziş Aİ-ni Amerikadan hər il yüz milyardlarla avro dəyərində sıxılmış qaz və silah idxal etməyə məcbur edir ki, o bunu iqtisadi uğursuzluq və Fransanın sənayesi, eləcə də ölkənin enerji və hərbi sektoru üçün "təslim olmaq" adlandırıb.

Le Pen həmçinin alman avtomobil sənayesi üçün rüsumların azaldılması naminə Fransız fermerlərin maraqlarının qurban verilməsindən narazılığını ifadə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar