SON XƏBƏRLƏR

Belarus Amerika ilə münasibətləri qurmağa və gücləndirməyə çalışır

2025.07.28, 11:52
Belarus Amerika ilə münasibətləri qurmağa və gücləndirməyə çalışır

Belarus Amerika ilə ikitərəfli münasibətlərin qurulması və gücləndirilməsi üzrə dialoq aparır.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu Belarusun Amerikadakı müvəqqəti işlər vəkili Pavel Şidlovski bildirib.

"Amerika tərəfi ilə dialoqumuz davam edir. Səfirlik, həmçinin Amerikanın ictimai təşkilatları, ekspert cəmiyyəti ilə dialoq aparır. Belarusa müəyyən maraq müşahidə olunur. Lakin diplomatiya sakitliyi sevir, ona görə də hazırkı mərhələdə daha çox şey deyə bilmərəm", - P.Şidlovski jurnalistlərə bildirib.

Səfirlərin qarşılıqlı akkreditasiyası imkanı ilə bağlı suala cavabında diplomat bildirib ki, hazırkı mərhələdə Belarus Amerika administrasiyası ilə dialoq aparır, lazımi əlaqələr qurulub və saxlanılır, lakin konkret olaraq bu mövzu hələ ki, gündəlikdə deyil.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar