SON XƏBƏRLƏR

Tramp Rusiyanı 50 gün atəşkəs müddətini azaltmaqla hədələyib

2025.07.28, 16:27
Tramp Rusiyanı 50 gün atəşkəs müddətini azaltmaqla hədələyib

Amerika Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən çox məyus olduğunu bildirib və Ukrayna ilə razılaşmaların əldə edilməsi üçün müəyyən etdiyi 50 günlük müddəti azaltmaqla hədələyib.

Gunaz.tv

D.Tramp bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə danışıqlardan əvvəl bildirib.

"Əgər mən yanınızda olmasaydım, sizin altı böyük müharibəniz olardı. Bizim müzakirələrimiz olub, siz (Britaniyanın Baş naziri Kir Starmer) və mən müzakirələr aparmışıq, biz bu məsələni artıq bir neçə dəfə həll etdiyimizi düşünürdük. Sonra Prezident Putin hansısa şəhərə, məsələn, Kiyevə raketlər atmağa başlayır", - Amerika lideri əlavə edib.

Amerika Prezidenti Vladimir Putindən çox məyus olduğunu vurğulayıb.

"Baxmalı olacağıq, mən ona verdiyim 50 günü daha az günə qısaltmaq istəyirəm, çünki mən artıq cavabı bildiyimi düşünürəm", - o əlavə edib.

Daha əvvəl iyul ayının əvvəlində Tramp Ukraynada müharibənin dayandırılması barədə 50 gün ərzində razılaşma əldə edilməzsə, Rusiyaya qarşı təxminən 100 % sərt tariflər tətbiq edəcəyi ilə hədələmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar