SON XƏBƏRLƏR

Ukrayna Latviyadan zirehli döyüş maşınları alıb

2025.07.29, 10:13
Ukrayna Latviyadan zirehli döyüş maşınları alıb

Ukrayna Latviyadan pilotsuz təyyarələr və “Patria 6x6” zirehli döyüş maşınlarının ilk partiyasını alıb. Kiyevə ümumilikdə 42 belə maşın gətirilməlidir.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Teleqram kanalında məlumat verib.

"Mən Latviyaya müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi töhfəyə, xüsusən müdafiə qüvvələri üçün PUA-ların təhvil verilməsinə və bu yaxınlarda 42 ədəd “Patria 6x6” zirehli transportyorun verilməsinə dair qərara görə təşəkkür etdim. Birinci partiya artıq Ukraynaya çatdırılıb", - o qeyd edib.

Şmıqal Latviyanın müdafiə naziri Andris Spruds ilə söhbətində Ukrayna üçün pilotsuz təyyarələrin birgə istehsalını da müzakirə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar